Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək

Qafar Ağayev09:01 - 07 / 02 / 2024
Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.

1news.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.

Paylaş:
323

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər