Şəmkirdə dönərdən zəhərlənənlərin vəziyyəti açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə dönərdən zəhərlənənlərin vəziyyəti açıqlandı

Qafar Ağayev11:53 - 14 / 02 / 2024
Şəmkirdə dönərdən zəhərlənənlərin vəziyyəti açıqlandı

TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

TƏBİB-dən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

Qeyd olunub ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.

Paylaş:
313

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər