Akademik Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin növbəti üç cildi nəşr olunub
Görkəmli tarixçi alim, Əməkdar elm xadimi, akademik Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin növbəti üç cildi - XVIII-XX cildləri nəşr olunub.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən 1news.az-a verilən məlumata görə, yeni nəşrlər akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunub.
“Seçilmiş əsərlər”in XVIII-XX cildlərinə Yaqub Mahmudovun “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” (Azərbaycan, ingilis və rus dillərində), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” (Azərbaycan, ingilis, rus və gürcü dillərində), “Real tarix və “böyük Ermənistan” uydurması” (gürcü, ərəb, ibri və fars dillərində), “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): Azərbaycan xalqının tarixinin parlaq səhifəsi” (Azərbaycan və rus dillərində), “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı” (ingilis, rus, polyak və gürcü dillərində), “Səyyahlar Azərbaycana gəlir” (Azərbaycan və ingilis dillərində), “Səyyahlar, kəşflər, Azərbaycan” (ingilis dilində) və “Odlar yurduna səyahət” (ingilis dilində) kitabları daxil edilib.
Cildlərin elmi redaktorları tarixçi alimlər Güntəkin Nəcəfli və Yeganə Gözəlovadır (Çağlayan).