Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun başlanacağı vaxt bəlli oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun başlanacağı vaxt bəlli oldu

Qafar Ağayev15:25 - 21 / 02 / 2024
Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun başlanacağı vaxt bəlli oldu

“Yeni tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu planlaşdırılır” .

1news.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Türkiyə-Azərbaycan Universiteti ilə bağlı deyib.

Müşavir bildirib ki, hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramlarının tədrisi olacaq: "İlkin mərhələdə mühəndislik, texnoloji ixtisaslar üzrə qəbul planlaşdırılır. Universitet binasının Bakıda olması nəzərdə tutulur. Ancaq bununla bağlı indidən dəqiq məlumat verə bilmirik. Tədris Türkiyə və Azərbaycan Universitetlərinin müəllimlərinin iştirakı ilə həyata keçiriləcək”.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər