Fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb - VİDEO
Fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb.
1news.az xəbər verir ki, o, bu barədə instaqramdakı hesabında bildirib.
“Azərbaycana gəlirdim. Rusiyanın Domodedovo şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar. Səhər məhkəmə qarşısına çıxarılacağam”, - o deyib.
K.Zeynallı bildirib ki, o, ötən ilin mayından axtarışa verilib: “Lakin maydan indiyədək 3-cü dəfədir, Rusiyaya gəlib-gedirəm, indi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm, inşallah yaxşı olar”.