Azərbaycanda ov mövsümü başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ov mövsümü başa çatır

Qafar Ağayev17:26 - 23 / 02 / 2024
Azərbaycanda ov mövsümü başa çatır

Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü fevralın 25-də başa çatacaq və ov icazələrinin verilməsi dayandırılacaq.
1news.az xəbər verir ki, Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

"Həmin tarixdən etibarən vətəndaşların ov etmələri qadağan olunur".

Xidmət rəisi ovla məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb.

“Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma və miqrasiya dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur".

Paylaş:
368

Son xəbərlər

Bütün xəbərlər