Novruz Bayramında 7 gün iş olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Novruz Bayramında 7 gün iş olmayacaq

Qafar Ağayev15:36 - 27 / 02 / 2024
Novruz Bayramında 7 gün iş olmayacaq

Novruz Bayramında 7 gün iş olmayacaq.

1news.azxəbər verir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq.

Beləliklə, gələn il Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.

Həmçinin oxuyun: Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib

Paylaş:
1146

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

20 / 02 / 2025, 17:05
Bütün xəbərlər