Bakı Təşəbbüs Qrupu petisiyaya başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Təşəbbüs Qrupu petisiyaya başladı

Qafar Ağayev17:45 - 27 / 02 / 2024
Bakı Təşəbbüs Qrupu petisiyaya başladı

Bakı Təşəbbüs Qrupu İstanbulda keçirtdiyi “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfransın ardınca vətəndaş cəmiyyəti təşkilatları adından beynəlxalq kampaniya başladıb.

1news.az xəbər verir ki, Petisiyada Fransa Prezidenti E. Makrona müraciət edilərək, Fransanın Afrikadan oğurladığı 90 mindən artıq maddi-mədəni əsərlərin mənşə ölkələrinə qaytarılması tələb olunur.

Afrika ölkələrindən müstəmləkə dövründə oğurlanmış, talan edilmiş 90 mindən çox mədəni sərvət hazırda Fransa muzeylərində nümayiş olunur. Sahara regionu ölkələrindən oğurlanmış tarix və mədəniyyət əşyalarının aqibəti isə bəlli deyil.

Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə Afrikalı gənclərlə görüş zamanı bildirmişdir ki, Afrikanın mədəni sərvətləri Afrikada sərgilənməlidir və 5 il müddətində hər bir mədəni, tarixi əşyanın geri qaytarılacağına söz vermişdi.

Həmin vaxtdan 7 il keçməsinə baxmayaraq, Makron vədinə əməl etməmişdir.

Parisin Quai Branly Muzeyində sərgilənən 70 min artifaktın üçdə ikisinin 1885-1960-cı illərdə Afrikadan oğurlanmış mədəni mülkiyyət nümunələri olması barədə araşdırmalar mövcuddur.

Fransa keçmiş müstəmləkələrindən oğurladığı sərvətləri geri qaytarmamaq üçün qanunvericiliyini sərtləşdirib. Bu səbəbdən restitusiyanın həyata keçirilməsinin qarşısı süni şəkildə, bürokratik yollarla alınır.

İlkin olaraq, hətta Avropanın digər keçmiş müstəmləkə ölkələrində də tətbiq edilən kredit sistemi ilə müqavilə əsasında mədəni sərvətlər müvəqqəti olaraq bir neçə illik mənbə ölkələrində yerləşən muzeylərdə sərgilənə bilər.

Bakı Təşəbbüs Qrupu tələb edir ki, Fransa hökuməti qanunvericiliyinə dəyişiklik etməli, oğurladığı artefaktları mənbə ölkələrinə geri qaytarmalı və qanunsuz mülkiyyətçi kimi tarixi əsərlərin qanuni mülkiyyətçisi olan ölkələrə təzminat ödəməlidir.

CIVIL SOCIETY DEMANDS FRANCE RESTITUTE AFRICAN CULTURAL PROPERTIES

Paylaş:
213

Son xəbərlər

Səhiyyə Nazirliyindən əhaliyə qrip əleyhinə vaksinasiya ilə bağlı XƏBƏRDARLIQBu gün, 14:49Bu gün Xalq artisti Habil Əliyevin anım günüdürBu gün, 14:38Azərbaycan XİN Tacikistanı Milli Günü münasibətilə təbrik edibBu gün, 14:14“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilibBu gün, 14:07Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülübBu gün, 13:50Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıbBu gün, 13:38Avtomobillə İçərişəhərə girmək istəyənlərin NƏZƏRİNƏBu gün, 13:14Sabah yağış yağacaq - ProqnozBu gün, 13:07“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcəkBu gün, 13:03Yasamalda evdən 90 min manata yaxın oğurluq olubBu gün, 12:51Nazirdən alimlərə sual: “Niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?”Bu gün, 12:48Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniyaBu gün, 12:11İlham Əliyev Tacikistan liderinə təbrik məktubu göndəribBu gün, 11:51Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilirBu gün, 11:49Azərbaycan Prezidenti Koreya Xalq Demokratik Respublikasının rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 11:48Ədliyyə nazirinə iki müavin təyin olunubBu gün, 11:19Ukrayna Prezidentinə yeni müşavir təyin edilibBu gün, 11:13FHN: Ötən sutka 7 nəfər xilas edilibBu gün, 11:09Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı veribBu gün, 10:53Bakı Şəhər DYP Formula-1 ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 10:43
Bütün xəbərlər