Albaniyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Albaniyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib

Qafar Ağayev08:36 - 01 / 03 / 2024
Albaniyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib

Albaniya Respublikasının Baş naziri Edi Rama martın 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

1news.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Edi Ramanı hava limanında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
167

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər