NİİM Bakı yollarında sıxlığın yaranma saatları və səbəblərini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM Bakı yollarında sıxlığın yaranma saatları və səbəblərini açıqladı

Qafar Ağayev14:09 - 04 / 03 / 2024
NİİM Bakı yollarında sıxlığın yaranma saatları və səbəblərini açıqladı

Sıxlığın yaranma səbəbləri nələrdir?

Qadağan olunan yerlərdə nəqliyyat vasitələrinin park edilməsi, bir sıra yollarda «butulka effekti»nin yaranması, texniki nasazlıq səbəbindən bəzi avtomobillərin yolda qalması, sürücülər tərəfindən manevr etmə qaydalarının pozulması, ara məsafəsinə düzgün əməl edilməməsi, yol-nəqliyyat hadisələrinin baş verməsi, eyni zamanda Bakı şəhərində nəqliyyat vasitələrinin sayının ildən-ilə artması. Bütün bu sadalanan hallar hələ də paytaxt yollarında sıxlıqların yaranmasının səbəbləri olaraq qalır.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təhlilləri göstərir ki, yollarda sıxlıq daha çox səhər 07:30-10:00, axşam isə 17:30-19:30 saatlarında yaranır. Ancaq bəzi küçələr də var ki, həmin yollarda günün müxtəlif vaxtlarında sıxlıq müşahidə olunur. Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarında avtomobil sıxlığını azaltmaq və hərəkətin intensivliyini təmin etmək məqsədilə mütəmadi olaraq 44 küçə və prospekt üzrə “yaşıl dalğa” rejimi tətbiq edir. Bununla yanaşı, yol-nəqliyyat hadisələri baş verdikdə və nasazlıq səbəbindən yollarda qalaraq sıxlıq yaradan avtomobillərlə bağlı müvafiq tədbirlər görülür, hərəkətin təşkilində dəyişikliklər edilməsi üçün lazımi təkliflər hazırlayır.

Paylaş:
446

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər