Nərimanov rayonu ərazisində oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanov rayonu ərazisində oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Qafar Ağayev11:44 - 04 / 03 / 2024
Nərimanov rayonu ərazisində oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən 6000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən İlkin Muradov müəyyən olunaraq saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə martın 3-nə keçən gecə bir köşkdən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Elşad Rzayev saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş:
345

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər