Abşeron rayonunda yeni qəsəbə yaradılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron rayonunda yeni qəsəbə yaradılır

13:44 - 05 / 03 / 2024
Abşeron rayonunda yeni qəsəbə yaradılır

Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.

Şəfəq qəsəbəsinin ərazisi 258 hektar olacaq. Hazırda faktiki əhalisi isə 8850 nəfərdir.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər