NİİM mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib - VİDEO

Qafar Ağayev10:27 - 06 / 03 / 2024
NİİM mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə 1news.az-a mərkəzdən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir:

"Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. Təhlükənin miqyasını nəzərə alaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı növbəti maarifləndirici videoçarxı təqdim edirik".

"İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub", - məlumatda qeyd olunub.

Paylaş:
334

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər