“Yol hərəkəti haqqında” fərmanda dəyişiklik edildi - FƏRMAN
Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
1news.az xəbər verir ki, fərmana əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1.1. 2.3-cü bəndə “Nazirliyi,” sözündən sonra “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,” sözləri əlavə edilsin və həmin bənddən “, Bakı Nəqliyyat Agentliyi” sözləri çıxarılsın;
1.2. 2.4-cü bəndə “habelə” sözündən sonra “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin,” sözləri əlavə edilsin və həmin bənddən “, Bakı Nəqliyyat Agentliyinin” sözləri çıxarılsın;
1.3. 2.8-ci, 2.9-cu, 2.22-ci və 2.23-cü bəndlərdə “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi” sözləri “Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
1.4. 2.11-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
1.5. 2.12-ci bəndə “Respublikasının” sözündən sonra “Rəqəmsal İnkişaf və” sözləri əlavə edilsin;
1.6. 2.21-ci bənddə “Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
1.7. aşağıdakı məzmunda 2.21-1-ci bənd əlavə edilsin:
“2.21-1. həmin Qanunun 9-cu maddəsinin IX hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə svetoforlara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla) nəzərdə tutulur;”;
1.8. 2.25-ci bənddə “Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi” sözləri “Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
1.9. 2.31-ci bənddən “, 59-cu maddəsinin 12-ci hissəsində, 61-ci maddəsinin 11-ci hissəsində, 69-cu maddəsinin 2-ci hissəsində” sözləri çıxarılsın və həmin bənddə “Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
1.10. 2.31-1-ci (hər iki halda), 2.34-cü, 2.35-ci və 2.37-ci (hər iki halda) bəndlərdə “Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
1.11. 2.32-ci bənddə “, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi” sözləri “və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
1.12. 2.36-cı bənddə “11-ci hissəsində və 61-ci maddəsinin 10-cu hissəsində” sözləri “XI və XII hissələrində” sözləri ilə əvəz edilsin və həmin bənddən “, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla)” sözləri çıxarılsın;
1.13. 2.36-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.36-1. həmin Qanunun 61-ci maddəsinin X hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla) nəzərdə tutulur;”;
1.14. aşağıdakı məzmunda 2.36-2-ci və 2.36-3-cü bəndlər əlavə edilsin:
“2.36-2. həmin Qanunun 61-ci maddəsinin XI hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.36-3. həmin Qanunun 69-cu maddəsinin II hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə yol nişanlanmasına və yol nişanlarının tətbiqinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla), svetoforların tətbiqinə münasibətdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.