Azərbaycanda boşanmaların sayı artıb, nikahlar azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda boşanmaların sayı artıb, nikahlar azalıb

10:57 - 15 / 03 / 2024
Azərbaycanda boşanmaların sayı artıb, nikahlar azalıb

Azərbaycanda boşanmaların sayı artıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər