Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

Qafar Ağayev15:13 - 16 / 03 / 2024
Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Sərəncamın icrası ilə bağlı və ənənəvi olaraq Novruz bayramı ərəfəsində martın 16-da BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Səbail və Qaradağ rayonları ərazilərində ağacəkmə aksiyası keçirilib.

Bu gün qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsi işləri aparılır.

Aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd ağac və kol bitkiləri əkilib.

Bu kimi ağacəkmə aksiyaları Bakı şəhərinin bütün rayonlarında keçiriləcək və mövsüm ərzində paytaxtın yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Paylaş:
261

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər