DİN və Pentensiar xidmət birgə əməliyyat keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN və Pentensiar xidmət birgə əməliyyat keçirib - FOTO

Qafar Ağayev11:54 - 16 / 03 / 2024
DİN və Pentensiar xidmət birgə əməliyyat keçirib - FOTO

Ədliyyə Nazirliyi Pentensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Pentensiar xidmətdən 1news.az-a verilən xəbərə görə, əməliyyat-axtarış tədbiri nəticəsində Əliyev Akif Arif oğluna məxsus 1 ədəd ov tüfəngi, 1 ədəd “Vinçester” markalı silah və ümumi çəkisi 80 qram olan qurudulmuş marixuana Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər