Şirvan şəhər sakinləri Füzulidə 10 kiloqram narkotiklə saxlanılıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvan şəhər sakinləri Füzulidə 10 kiloqram narkotiklə saxlanılıblar - FOTO

09:17 - 18 / 03 / 2024
Şirvan şəhər sakinləri Füzulidə 10 kiloqram narkotiklə saxlanılıblar - FOTO

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Şirvan şəhər sakinləri Heydərov Kamran və Quliyev Əliqismət saxlanılıblar.

Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxslərdən 10 kiloqram marixuana və tiryək, həmçinin 100 ədəd metodon həbi aşkar edilib.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
171

Son xəbərlər

Bütün xəbərlər