Naxçıvanda fərdi evlərin həyətyanı sahələri və zirzəmilərini su basıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda fərdi evlərin həyətyanı sahələri və zirzəmilərini su basıb

14:13 - 20 / 03 / 2024
Naxçıvanda fərdi evlərin həyətyanı sahələri və zirzəmilərini su basıb

Naxçıvanda bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Qüvvələr tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Paylaş:
168

Son xəbərlər

Bütün xəbərlər