“Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı 13 min nəfərə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı 13 min nəfərə çatıb

Qafar Ağayev13:40 - 26 / 03 / 2024
“Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı 13 min nəfərə çatıb

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümündə qeydiyyatdan keçənlərin sayı 13 min nəfərə çatıb.

1news.az xəbər verir ki, yaşı 21-dən 51-ə qədər, ali təhsilli, Azərbaycan vətəndaşı və ən azı 2 illik idarəetmə təcrübəsi olan şəxslər müsabiqədə iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqənin qeydiyyat mərhələsi martın 31-dək davam edəcək.

Qalib gələn 20 nəfər mentorlar tərəfindən 1 illik fərdi inkişaf planı, 20 000 AZN dəyərində pul mükafatı və adlarını kadr ehtiyat bankına daxil etmək imkanı əldə edir.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər