Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasına üzv olmaq istəyən namizədlərin qeydiyyatına başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasına üzv olmaq istəyən namizədlərin qeydiyyatına başlanılır

Qafar Ağayev17:44 - 27 / 03 / 2024
Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasına üzv olmaq istəyən namizədlərin qeydiyyatına başlanılır

Azərbaycan Respublikasının ərazisində yaşayan miqrantların cəmiyyətimizə səmərəli inteqrasiyasınının təmin edilməsinin dəstəklənməsi, miqrasiya ilə bağlı məsələlərin həlli üçün əlverişli şəraitin yaradılması, o cümlədən miqrantların özlərinin miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və şəffaflığın təmin olunması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların əcnəbilərin gündəlik həyatına təsirinin qiymətləndirilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının yeni tərkibinin formalaşdırılması nəzərdə tutulub.

1news.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının üzvlərinin müəyyənləşdirilməsi məqsədilə 2024-cü ilin 28 mart tarixindən 22 aprel tarixinədək namizədlərin qeydiyyatına başlanılır.

Uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşayan, mənsub olduğu dövlətin ölkəmizdə fəaliyyət göstərən icmaları və diaspor təşkilatları ilə sıx təmasları olan, habelə ictimai fəallığı ilə seçilən əcnəbi və vətəndaşlığı olmayan şəxsləri sözügedən Şuranın fəaliyyətində aktiv iştirak etməyə dəvət edirik.

Miqrant Şurasının tərkibi namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra müəyyənləşdiriləcəkdir.

Şuranın üzvlüyünə namizədliyini irəli sürmək niyyətində olan şəxslər tərəfindən aşağıdakılardan birinin təqdim edilməsi vacibdir:

  • namizədin ətraflı tərcümeyi-halı;
  • və ya aidiyyəti üzrə doldurulmuş ərizə-anket forması (nümunəsini buradan əldə edə bilərsiniz).

Namizədlər tələb olunan məlumatları 22 aprel 2024-cü il tarixədək [email protected] elektron poçtu vasitəsilə təqdim etməlidirlər.

Qeyd: Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.

Paylaş:
228

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər