Qadın qəza zamanı avtomobildə sıxılıb qaldı, FHN meyiti çıxardı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qadın qəza zamanı avtomobildə sıxılıb qaldı, FHN meyiti çıxardı

Qafar Ağayev09:16 - 27 / 03 / 2024
Qadın qəza zamanı avtomobildə sıxılıb qaldı, FHN meyiti çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Audi” markalı minik avtomobili idarəetməni itirərək elektrik dirəyinə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
263

Son xəbərlər

Bütün xəbərlər