Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandı

Qafar Ağayev09:29 - 29 / 03 / 2024
Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandı

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürüblər.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 13 qumbara, 4 alışdırıcı, 25 tüfəng, 7 patron darağı və 97 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər