Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı

Qafar Ağayev11:20 - 02 / 04 / 2024
Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov 1news.az-a bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər