“PAŞA Holding” COP29 çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi ilə tərəfdaşlıq edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Holding” COP29 çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi ilə tərəfdaşlıq edir

18:42 - 03 / 04 / 2024
“PAŞA Holding” COP29 çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi ilə tərəfdaşlıq edir

Ölkənin aparıcı holdinqlərindən olan PAŞA Holding, BMT-nin İqlim Dəyişikliyi Konfransı və dayanıqlı inkişaf üzrə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə BMT-nin Azərbaycan nümayəndəliyi ilə tərəfdaşlıq edir.

Belə ki, şirkət öz dayanıqlılıq və iqlim dəyişikliyi baxışı çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan. İqlim söhbəti: COP29-a gedən yol” müzakirələr silsiləsinə qoşulub.

Sözügedən müzakirələr qlobal iqlim dəyişmələri ilə mübarizə istiqamətində bütün maraqlı tərəfləri bir araya gətirərək dialoq qurmaq məqsədi daşıyır. “29 İqlim söhbəti: COP29-a gedən yol” çərçivəsində maarifləndirmə, əməkdaşlığın təşviqi və mövcud ekoloji problemlərin həlli üçün effektiv ideyaların təşviqinə yönəlmiş bir sıra tədbirlər həyata keçirilir.

PAŞA Holding, öz növbəsində, bu müzakirələrə qoşularaq PAŞA Qrup şirkətlərində çalışan əməkdaşlar, yerli və beynəlxalq media, şirkətin tərəfdaşları və digər auditoriyalar üçün bu seminarların təşkilini və seminarda BMT-nin müxtəlif agentliklərinin mövzu üzrə ekspertlərinin iştirakını təmin edəcək.

Qeyd edək ki, PAŞA Holding dayanıqlılıq baxışı çərçivəsində əlavə təşəbbüslərdə də iştirak etməyi planlaşdırır.

Paylaş:
208

Son xəbərlər

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində - FOTO11 / 12 / 2024, 17:59Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib11 / 12 / 2024, 17:42Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi növbəti beynəlxalq mükafatlara layiq görülüblər11 / 12 / 2024, 17:35Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb11 / 12 / 2024, 17:25Göyçayda ev yanıb11 / 12 / 2024, 17:18Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir?11 / 12 / 2024, 16:56“Ulu Öndər bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoyub” - Nigar Məmmədova11 / 12 / 2024, 16:55Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıda fanatları ilə - FOTO - YENİLƏNİB11 / 12 / 2024, 16:49Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib11 / 12 / 2024, 16:35Deputat: “Heydər Əliyevin onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq”11 / 12 / 2024, 16:14Ceyhun Bayramovla Hakan Fidan Suriya məsələsini müzakirə ediblər11 / 12 / 2024, 16:08Lionel Messi: “Bakı, səmimi qarşılanmaya görə çox sağ ol” - VİDEO11 / 12 / 2024, 15:49Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi11 / 12 / 2024, 15:34“Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib - FOTO11 / 12 / 2024, 15:30ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!11 / 12 / 2024, 15:27Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır11 / 12 / 2024, 15:06Prezident AÇG ilə bağlı qanunu təsdiqləyib11 / 12 / 2024, 14:55Gəncədə eyni kəsişmədə yenidən yol qəzası olub11 / 12 / 2024, 14:33Binəqədidə 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb11 / 12 / 2024, 14:15Səhiyyə Nazirliyində UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib11 / 12 / 2024, 13:54
Bütün xəbərlər