Küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur - FAKTİKİ HAVA - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur - FAKTİKİ HAVA - YENİLƏNİB

Qafar Ağayev10:12 - 04 / 04 / 2024
Küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur - FAKTİKİ HAVA - YENİLƏNİB

Hazırda Azərbaycanın bölgələrində küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur.

1news.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirilib ki, ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir:

"Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir. Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır".

G.Məmmədovanın sözlərinə görə, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

Ölkə ərazisində şimal-qərb küləyi əsir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qurum saat 08:00-a olan hava məlumatını açıqlayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Gəncə və Şəmkirdə, 20 m/s, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır.

Paylaş:
728

Son xəbərlər

Bütün xəbərlər