Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günlərinin tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günlərinin tarixi açıqlanıb

Qafar Ağayev09:11 - 04 / 04 / 2024
Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günlərinin tarixi açıqlanıb

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir. 6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər