Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

15:25 - 05 / 04 / 2024
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

1news.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2024-cü il iyulun 1-dək uzadılıb.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər