Emin Əmrullayev dünyanın nüfuzlu universitetlərinə qəbul olunan olimpiada qalibləri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev dünyanın nüfuzlu universitetlərinə qəbul olunan olimpiada qalibləri ilə görüşüb

Qafar Ağayev16:39 - 08 / 04 / 2024
Emin Əmrullayev dünyanın nüfuzlu universitetlərinə qəbul olunan olimpiada qalibləri ilə görüşüb

Aprelin 8-də elm və təhsil naziri Emin Əmrullayev beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, dünyanın nüfuzlu universitetlərinə qəbul olunan gənclərlə görüşüb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, nazir onları qazandıqları uğurlara görə təbrik edərək gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb.

Sonra nazir gənclərə öz tövsiyələrini verib, onlarla səmimi söhbət aparıb və suallarını cavablandırıb.

Görüşün sonunda hədiyyələr təqdim edilib.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər