Baş Prokurorluq və DTX-ya göndərilən nəzarət tədbirlərinin sayı məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq və DTX-ya göndərilən nəzarət tədbirlərinin sayı məlum olub

11:50 - 08 / 04 / 2024
Baş Prokurorluq və DTX-ya göndərilən nəzarət tədbirlərinin sayı məlum olub

Hesablama Palatası göndərdiyi məlumatlar üzrə hüquq mühafizə orqanlarında işlər aparılır.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, 9 nəzarət tədbiri üzrə məlumatlar Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib: “4 hal üzrə məlumatlar tikinti sahəsində cinayətlərlə bağlıdır. DTX-dan daxil olan məlumatlara əsasən, 1 audit üzrə daxil olan məlumatlara əsasən, cinayət işi davam etdirilir. Ümumilikdə 67,4 milyon manatın bərpası həyata keçirilib, bunun 700 min manatı hüquq mühafizə orqanları tərəfindən bərpa edilib”.

Paylaş:
185

Son xəbərlər

Bütün xəbərlər