Binədə üzərində silah gəzdirən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binədə üzərində silah gəzdirən şəxs saxlanılıb

Qafar Ağayev13:39 - 09 / 04 / 2024
Binədə üzərində silah gəzdirən şəxs saxlanılıb

Bakının Xəzər rayonun Binə qəsəbəsində üzərində “Makarov” silahı gəzdirən şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər