“Azərbaycan Dəmir Yolları” tranzit yüklərin daşınmasını 11% artırıb
Bu ilin I rübündə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,8 milyon tondan çox tranzit yük daşıyıb.
1news.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
Son 1 ildə ADY-nin ölkə daxilində yükdaşımaları isə 6 % artaraq 0,8 milyon tonu keçib.
Yanvar-mart aylarında dəmir yolu müəssisəsi ümumilikdə 4,4 milyon tondan çox yük daşınıb.
226