2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Qafar Ağayev17:33 - 09 / 04 / 2024
2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

1news.az Lənkəran rayon prokurorluğuna istinadən xəbər verir ki,

İlkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər