5 yaşlı uşağı maşın vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

5 yaşlı uşağı maşın vurub öldürdü

15:25 - 10 / 04 / 2024
5 yaşlı uşağı maşın vurub öldürdü

Ağdaşda 5 yaşlı uşağı maşın vurub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da saat 18 radələrində Ağdaş şəhəri ərazisində Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub.

Piyada aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər