Bakıda vətəndaşların bank kartlarından ümumilikdə 4188 manat oğurluq edən qadın saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda vətəndaşların bank kartlarından ümumilikdə 4188 manat oğurluq edən qadın saxlanılıb

11:50 - 10 / 04 / 2024
Bakıda vətəndaşların bank kartlarından ümumilikdə 4188 manat oğurluq edən qadın saxlanılıb

Bakıda vətəndaşların bank kartlarından ümumilikdə 4188 manat oğurluq edən qadın saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manatının oğurlanması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən A.Hüseynova qısa müddətdə müəyyən olunaraq saxlanılıb.

Onun daha bir nəfərin bank kartından 3853 manat vəsait oğurlaması da məlum olub.

Hazırda araşdırma aparılır.

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər