Bakıda avtomobil qaçıran şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

10:54 - 11 / 04 / 2024
Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, aprelin 9-da Ramana qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
285

Son xəbərlər

Bu gün Milli Teatr Günüdür

10 / 03 / 2025, 15:34
Bütün xəbərlər