Bakıda və Abşeron yarımadasında külək nə zaman səngiyəcək? - Proqnoz | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeron yarımadasında külək nə zaman səngiyəcək? - Proqnoz

13:39 - 12 / 04 / 2024
Bakıda və Abşeron yarımadasında külək nə zaman səngiyəcək? - Proqnoz

“Hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir”.

Bunu 1news.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, külək axşama doğru zəifləyəcək: “Aprelin 13-ü və 14-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq. Bölgələrdə də aprelin 13-də yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin hava şəraiti ayın 13-ü gündüz bəzi dağlıq ərazilərdə, 14-ü gündüz dağlıq ərazidən başlayaraq, 15-i axşamadək isə bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir”.

G.Məmmədova qeyd edib ki, havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.

Paylaş:
497

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər