Dərnəgüldə fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dərnəgüldə fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub - VİDEO

Qafar Ağayev17:41 - 12 / 04 / 2024
Dərnəgüldə fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər