Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Qafar Ağayev16:23 - 15 / 04 / 2024
Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Aprelin 15-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə nəqliyyat və turizm sektorlarının nümayəndələri ilə görüş keçirilib.

1news.az RİNN-ə istinadən xəbərinə görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin iştirakı ilə təşkil olunan tədbirdə “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri təmsil olunublar.

Nazir Rəşad Nəbiyev nəqliyyat sistemini turistlər üçün daha əlverişli edən əlçatanlıq, təhlükəsizlik, davamlılıq kimi qlobal səviyyədə tanınan xüsusiyyətlər üzrə ölkəmizdə görülmüş və planlaşdırılan işlər barədə danışıb.

Sədr Fuad Nağıyev daxili və xarici turizm sahəsinin inkişafının nəqliyyat sistemi və infrastrukturu ilə birbaşa əlaqəli olduğunu, mövcud sahələrin sinxron inkişafının vacibliyini vurğulayıb.

“Təsadüfi deyil ki, 2024-cü ilin yanvar-mart aylarında ölkəyə ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz daha çox turist gəlib”, - deyə qeyd olunub.

Görüşdə səmərəli nəqliyyat sisteminin turizmin inkişafında rolu, hava və yerüstü nəqliyyat (dəmiryolu və avtomobil nəqliyyatı) sahəsində şirkətləri maraqlandıran məsələlər və dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti müzakirə olunub.

Bildirilib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanda uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq standartlara uyğunluğu 80% səviyyəsində qiymətləndirib.

Görüş zamanı turizm şirkətlərinin və nəqliyyat qurumlarının təmsilçilərinin təklifləri dinlənilib.

Paylaş:
216

Son xəbərlər

5 Gün 5 Gecə 365 məhsulda tam 50% endirim olacaqBu gün, 10:09Dəmiryol stansiyalarında COP29-a həsr edilmiş posterlər quraşdırılıbBu gün, 10:08Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:52Çinin kosmos stansiyasındakı taykonavt heyəti Yerə qayıtdıBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:23COP29-un yeni versiyada rəqəmsal məlumat platforması istifadəyə verilibBu gün, 09:04Bakının bu yollarında sıxlıq var - SİYAHIBu gün, 09:03Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub - Faktiki havaBu gün, 09:01Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb02 / 11 / 2024, 18:10DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib02 / 11 / 2024, 17:34Sabahdan bu yollar 3 saatlıq bağlanır!02 / 11 / 2024, 17:06Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür02 / 11 / 2024, 16:35Yağış zamanı hasarı uçan məktəblə bağlı RƏSMİ AÇIQLAMA02 / 11 / 2024, 15:45Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb02 / 11 / 2024, 15:24Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun doğum günüdür02 / 11 / 2024, 14:46Sumqayıtda dələduzluq edən şəxs saxlanılıb02 / 11 / 2024, 14:17Bakıda oğurluq edən 2 yeniyetmə saxlanılıb02 / 11 / 2024, 13:59Sabah yağış yağacaq - PROQNOZ02 / 11 / 2024, 13:36Bakıda mərkəzi küçədə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulub02 / 11 / 2024, 13:13COP29-a gələnlərin sürətli keçidi, 24 saat nəzarət, narkotikləri aşkarlayan itlər – DSX-nin Sərhəd Nəzarətindən REPORTAJ02 / 11 / 2024, 12:56
Bütün xəbərlər