Bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb

Qafar Ağayev11:51 - 15 / 04 / 2024
Bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb

Bayram günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub.

Bu barədə 1news.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Təcili tibbi yardım xidmətinə 10-14 aprel tarixində 10 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib. Çağırışların sayı ən çox aprelin 10-u (ümumi çağırış sayı 2 154, hospital olunanların sayı 244 olmaqla) və 14-də (çağırış sayı 2 211, hospital olunanların sayı 234 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub.

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər