Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Qafar Ağayev09:32 - 18 / 04 / 2024
Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

1news.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, İslam Yusifovun sükanı arxasında olduğu "Toyota Prius" markalı avtomobil Rövşən Abbasovun idarə etdiyi "Azİnşaat" MMC-yə məxsus "MAN TGA" markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşub. Nəticədə İslam Yusifov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Paylaş:
232

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər