"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib | 1news.az | Xəbərlər
Cəmiyyət

"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

14:35 - 19 / 04 / 2024
"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.

Dəyanət Quliyevin vəkil Ramiz Qarayev deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs həm istintaq, həm də məhkəmədə ifadəsi zamanı dayısı Müşfiq Atakişiyev tərəfindən Tariyel Əhmədovun öldürməsi barədə sifariş almadığını deyib. Həmçinin, vəkil təqsirləndirilən Dəyanət Quliyevin hüquq-mühafizə orqanlarına könüllü təslim olduğunu deyib.

Daha sonra digər təqsirləndirilən Samir Quliyevin vəkili Səfər Hüseynov müdafiə etdiyi şəxsin cinayəti könüllü sürətdə etiraf etdiyini nəzərə alaraq məhkəmədən ona sanksiyada nəzərdə tutulmuş cəzadan aşağı həddə cəza təyin edilməsini istəyib.

Müşfiq Atakişiyevin vəkili Kamran Əliyev isə bildirib ki, müvəkkili elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. Vəkil deyib ki, Müşviq Atakişiyev Tariyel Əhmədovun qətlini sifariş verməyib və bu hadisədən xəbəri olmayıb, ona əsassız ittiham verilib.

Vəkil Müşfiq Atakişiyevin ittiham olunduğu işi üzrə nəzərdə tutulan müddətin keçdiyini nəzərə alaraq, cinayət işinə xitam verilməsinin və onun məhkəmə zalından azad edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Əhmədov qərarı məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Sonra hakim Siyavuş Hacıyev təqsirləndirilən şəxslərə son sözlə çıxış etməyi təklif edib.

Təqsirləndirilən Dəyanət Quliyev çıxışı zamanı özünü qismən təqsirli bildiyini deyib. Təqsirləndirilən Samir Quliyev isə özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bildiyini bildirib.

Daha sonra təqsirləndirilən Müşfiq Atakişiyev son sözə hazırlaşmaq üçün vaxt istəyib.

Proses aprelin 26-da davam etdiriləcək.

Qeyd edək ki, dövlət ittihamçısı Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər birinin 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.

Paylaş:
158

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər