Bakının Sabunçu rayonunda 72 yaşlı qadın itkin düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Sabunçu rayonunda 72 yaşlı qadın itkin düşüb - FOTO

12:06 - 22 / 04 / 2024
Bakının Sabunçu rayonunda 72 yaşlı qadın itkin düşüb - FOTO

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan 1952-ci il təvəllüdlü Danilova Nadejda Alekssandrovna yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən bu günə qədər heç bir xəbər əldə etmək mümkün olmayıb.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 012-590-22-42, 425-02-02 şəhər və 055-207-08-88 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Paylaş:
202

Son xəbərlər

Bütün xəbərlər