Hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdı

09:01 - 01 / 05 / 2024
Hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdı

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdır:

"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

Paylaş:
291

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər