“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) gəmi və şəxsi heyətinin cəlb olunduğu "Dalğa - 2024" birgə taktiki təliminin yekunları ilə bağlı tədbir keçirilib.
1news.az xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
HDQ və FHN nümayəndələrinin iştirak etdiyi tədbirdə Xəzər dənizinin ərazi sularında keçirilmiş "Dalğa - 2024" birgə təliminin yekun nəticələri təhlil edilib.
Qeyd olunub ki, birgə taktiki təlimdə HDQ və FHN-in gəmi və şəxsi heyəti qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib. Şəxsi heyətin yüksək peşəkarlıq və əzm nümayiş etdirdiyi xüsusi vurğulanıb.
Sonda təlimdə fərqlənənlər mükafatlandırılıb.