Bakıda mənzildən meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildən meyit tapılıb

Qafar Ağayev09:34 - 08 / 05 / 2024
Bakıda mənzildən meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
252

Son xəbərlər

Bütün xəbərlər