Oğuzda əl qumbaraları və sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

Qafar Ağayev11:43 - 10 / 05 / 2024
Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

Oğuz rayonunda əl qumbaraları və sursat aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən 3 ədəd əl qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
210

Son xəbərlər

Bütün xəbərlər