STP Şirkətlər Qrupunun əməkdaşları sağlam həyat tərzini təbliğ edir! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

STP Şirkətlər Qrupunun əməkdaşları sağlam həyat tərzini təbliğ edir! - FOTO

11:48 - 13 / 05 / 2024
STP Şirkətlər Qrupunun əməkdaşları sağlam həyat tərzini təbliğ edir! - FOTO

Belə ki, qrupa daxil şirkətlərin idman sevər əməkdaşlarının iştirakı ilə paytaxtın mərkəz küçələrində velosiped turu təşkil edilib.

60-a yaxın iştirakçısı olan velo yürüşün əsas məqsədi asudə vaxtın səmərəli keçirilməsi, işçilər arasında ünsiyyət üçün fürsətin yaradılması və sağlam həyat tərzinin təbliğidir.

“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində baş tutan tədbir paytaxtda yeni salınan velosiped zolaqları boyu həyata keçirilib. Beləliklə, ətraf mühitin qorunmasına çağırış edən tədbir iştirakçıları, həmçinin velosipedin səmərəli “eko” nəqliyyat növü olduğunu bir daha nümayiş etdirmiş olublar.

Yürüş öncəsi iştirakçılarla görüşən STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov Azərbaycan Velosiped Federasiyasına dəstəyinə görə təşəkkür edib, iştirakçılara isə bu kimi sağlam həyat tərzini təbliğ edən tədbirlərin davamlı olmasını arzu edib.

Qeyd edək ki, velosiped zolaqlarında quraşdırılan 600 ədəd zolaq ayırıcı və qoruyucu dəstlər qrupa daxil “STP Polymer” şirkətində istehsal olunub. Həmçinin, 2024-cü ilin sonunadək 6400 ədəd, Bakı şəhərinin baş planına əsasən 2040-ci ilə kimi isə 286 kilometrlik ərazini əhatə edəcək zolağın quraşdırılması üçün 120 min zolaq ayırıcı dəstlərinin istehsalı nəzərdə tutulub. Bu isə öz növbəsində 660 ton tullantının yenidən emal olunması deməkdir. Belə ki, sözügedən şirkətin istehsalat sahələrində polietilen, plastik, polikorbonat kimi parçalanmayan materiallar yenidən emal olunaraq xammala çevrilir və istehsalatda ikinci dəfə istifadə edilir.

Planetimizi bir gün deyil, hər gün qoruyaq!

#yashilplanet

Reklam hüququnda

Paylaş:
179

Son xəbərlər

AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14
Bütün xəbərlər