Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 14-də Portuqaliyaya səfərə gedəcək.
QMİ-nin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, səfər KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Baş katibi Zuheyr Alharsinin dəvəti əsasında həyata keçiriləcək.
Şeyxülislam A. Paşazadə mayın 14-16-da “Transformativ Dialoq: Sürətlə Dəyişən Dünyada Sülh naminə Alyansların qurulması” mövzusunda Lissabonda keçiriləcək “KAICIID 2024” Qlobal Forumunda çıxış edəcək.
Qlobal Forumun məqsədi Birləşmiş Millətlər Təşkilatının 2030-cu il gündəliyində təsbit olunan insan ləyaqətini təsdiqləmək naminə ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir.
Qeyd edək ki, QMİ sədri KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvüdür.