Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq

Qafar Ağayev16:42 - 15 / 05 / 2024
Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, deyə, məlumatda deyilir.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Paylaş:
222

Son xəbərlər

Bütün xəbərlər